Azərbaycandan tranzit keçməklə İrandan Rusiya Federasiyasına tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanınan bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub.
Bu zaman nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib.
Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə - qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə - həşiş qətranı olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































