Hacıqabul, Ucar və Kürdəmir rayonlarında yerləşən fərdi təsərrüfatlardan silsilə oğurluqlar edən dəstə ifşa olunub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, ötən ilin sonlarında rayonun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlanıb. Zərərçəkmişlərə ümumən 4000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurladığı aydınlaşıb.
Üç rayon ərazisindən ümumən 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər.
Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllə törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






