Azərbaycana 29 kilo narkotik gətirən“balıqçı” saxlanıldı

Azərbaycana 29 kilo narkotik gətirən“balıqçı” saxlanıldı

Ölkəyə 29 kiloqram narkotik maddə gətirən“balıqçı” saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi Neftçala rayonunda əməliyyat keçirib.

Balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş rayon sakini, 1979-cu il təvəllüdlü Rəşad Nağıyev saxlanılıb.

Həmin şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 29 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 28 kiloqramdan artıq qurudulmuş marixuana və 1 kiloqram tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

2026.10.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az