Qaçaqmalçıların yeni üsulu pilotsuz uçuş aparatları ilə həyata keçirilir. Qaçaqmalçılar məhsullarını sərhədlərdən keçirmək üçün dronlardan istifadə etməyə başlayıblar.
Keçən həftə Hindistanın Pebcap bölgəsindəki sərhəd mühafizəçiləri qaçaqmalçı qruplar tərəfindən istifadə edilən və Pakistan sərhədinə göndərilən 107 narkotik daşıyan İHA ələ keçirdiklərini açıqladılar.
Keçən il Pakistan-Pəncab sərhədində yerləşən Lahor şəhərinin narkotiklərlə mübarizə bölməsinin rəisi, pilotsuz uçuş aparatları vasitəsilə Hindistana narkotik göndərən bir dəstəyə rəhbərlik etdiyinə görə vəzifəsindən azad edilmişdi.
İordaniyanın quru sərhədlərində təhlükəsizlik tədbirləri narkotik ticarətini çətinləşdirir və buna görə də qaçaqmalçılar pilotsuz uçuş aparatlarından yeni üsul kimi istifadə edirlər.
Keçən ilin sentyabr ayında İordaniya Hərbi Hava Qüvvələri Suriyadan narkotik daşıyan iki pilotsuz təyyarəni vurub.
Dünyanın bir çox sərhədində dronlarla həyata keçirilən narkotik ticarəti ABŞ və Meksika sərhədində də müntəzəm olaraq təkrarlanır.
Dünyanın ən yüksək təhlükəsizlik səviyyəsində qorunan həbsxanalarına narkotiklərin daşınması üçün də PUA-lardan istifadə olunur.
Bundan əlavə, ekspertlərin fikrincə, pilotsuz uçan aparatlarının daşıma qabiliyyəti artdıqca, cinayətkar qruplaşmalar daha böyük tutumlu PUA-lara çıxış əldə edəcək və PUA-lardan istifadə adiləşəcək…
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































