Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Seymur Səfərov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram 150 qram psixotrop maddə metamfetamin və 995 qram tiryək aşkar olunaraq götürülüb. S.Səfərov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Həmçinin, son bir-neçə gün ərzində Yeni Günəşli qəsəbəsində müxtəlif şəxslər tərəfindən aşkar edilən 2 ədəd “Kalaşnikov” markalı avtomat silah və 30 ədəd patron həmin vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Azərbaycanpolisi.az (Mənbə: mia.gov.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































