Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təşkil edən edən narkokuryerlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, əldə olunmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı tanışlar, Şabran rayon sakini Fuad Sultanlı və Astara rayon sakini Şahnur Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı onların üzərində daşıdığı idman çantasından 4 kiloqrama yaxın marixuana və 64 qram heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkələrdə tanış olduqları “Əli” adlı İran vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları müəyyən edilib.
Sonuncu dəfə isə onlar Bakı şəhərindən Qəbələ rayonuna gələrək burada gizlədilən narkotik vasitələri 2 min manat qarşılığında paytaxta çatdırmağa razılaşıblar.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































