Bakıda narkotikləri satmaq məqsədi ilə evindəki soyuducuda gizlədən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Saatlı rayon sakini Emin Muradov saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı E.Muradov metamfetamini tanışı Xətai rayonunda yaşayan Qabil adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Yevlax rayon sakini Qabil Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı soyuducuda gizlətdiyi 2 kiloqrama yaxın metamfetamin və marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Nəsimi RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Azərbaycanpolisi.az (Mənbə: mia.gov.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































