İran mətbuatında yer alan xəbərə görə, silahlı şəxslər polis bölməsinə hücum edərək 11 nəfəri öldürüb, digərlərini isə yaralayıb.
İran dövlət televiziyasının xəbərinə görə, Bəluc silahlıları İranın cənub-şərqində polis məntəqəsinə hücum edərək 11 təhlükəsizlik əməkdaşını öldürüb, çoxlu sayda insanı yaralayıb.
Dövlət mediası əlavə edib ki, “Ceyş əl-Ədl” qruplaşmasının bir neçə üzvü də yoxsul Sistan-Bəlucistan əyalətinin Rask şəhərində baş verən qarşıdurmalarda öldürülüb.
Əfqanıstan və Pakistanla həmsərhəd olan əyalətdə şiə olan əksər iranlılardan fərqli olaraq, əhalisinin əksəriyyəti sünni müsəlmandır.
Uzun müddətdir ki, təhlükəsizlik qüvvələri ilə sünni yaraqlıları, eləcə də narkotik alverçiləri arasında tez-tez toqquşmalar baş verir.
Etnik azlıq olan Bəlucilər üçün daha çox hüquq və daha yaxşı həyat şəraiti istədiyini deyən “Ceyş əl-Adl” silahlı qruplaşması son illərdə əyalətdə İran təhlükəsizlik qüvvələrinə qarşı bir neçə hücumun məsuliyyətini öz üzərinə götürüb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






