Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Söhbət zamanı nazirlər Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































