"Bu vəzifəyə təyin olunmağımla bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və Milli Məclisə bu təqdimatı dəstəklədiyi üçün təşəkkür edirəm".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev deyib.
"Prezident İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə sabitlik təmin edilib. Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir. Prezident İlham Əliyevin qəti siyasəti nəticəsində koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər də öz nəticəsini verib, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunub. Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Prokurorluq orqanları dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək", deyə Kamran Əliyev deyib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür















.jpg)





























.jpg)
.jpg)








