Türkiyə yeni tip koronavirusla mübarizə çərçivəsində ABŞ-a yardım edəcək.
Mediainfo.az xəbər verir ki, Türkiyə ABŞ-a süni tənəffüs aparatlarının çatışmayan hissələrini yollayacaq.
Bundan əlavə, ABŞ-a tibbi maska, kombinezonlar və buna bənzər qoruyucu ləvazimatlar da göndəriləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan son telefon danışığı zamanı süni tənəffüs aparatları ilə bağlı məsələ müzakirə edilib.
D.Tramp ölkəsində bu işlə məşğul olan "Ford", "General Motors" və "Tesla" kimi şirkətlərin aparatın vacib bir hissəsinin tədarükündə çətinlik yaşadığını deyib və Türkiyədən bu məsələdə yardım istəyib.
Əlavə edək ki, adıçəkilən firmalar aprelin sonuna kimi 100 min ədəd süni tənəffüs aparatı istehsal etməyi planlaşdırır.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





