Avropa İttifaqı (Aİ) ölkələri "Şərq Tərəfdaşlığı" ölkələrinin üzv olmaq istəkləri ilə bağlı hələ tam razılıq əldə etməyib və bu, artıq reallaşdırılan viza rejiminin liberallaşdırılmasından narahatdır.
Mediainfo.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun əldə etdiyi sənəddə deyilir.
Bu 7 səhifəlik sənədi Avropa Şurasını təmsil edən 27 Aİ ölkəsinin diplomatları müzakirə edirlər. Bu, bir növ ötən ay təqdim edilmiş və yaxın günlərdə təsdiqlənəcəyi gözlənilən "Şərq Tərəfdaşlığı" üzrə Avropa Komissiyasının kommünikesinə cavabdır.
Məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsi olan "Şərq Tərəfdaşlığı" proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb.
Müzakirə olunan sənəddə hələ də bəzi nəticələr mötərizədə əlavə edilmiş şəkildə verilib və bu da hələ mətnlə bağlı yekdillik əldə edilmədiyini göstərir.
Eyni zamanda, Şura üzvləri viza rejiminin liberallaşdırılmasının dayandırılması ehtimalı ilə tam razıdırlar. Hansısa təxirəsalmanın olacağı gözlənilməsə də, sənəddə üzv dövlətlərin "Şərq Tərəfdaşlığı" ölkələrinin vətəndaşlarından çox sayda əsassız sığınacaq müraciətlərinin alınmasının narahatlıq doğurduğu qeyd olunur.
Qeyd edək ki, bu günə qədər Aİ proqramın altı ölkəsindən üçü - Gürcüstan, Ukrayna və Moldova ilə vizasız rejim haqqında saziş imzalayıb.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





