ABŞ Dövlət Departamenti bir daha Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almasının Vaşinqtonun Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə səbəb ola biləcəyini xatırladıb.
Mediainfo.az "gazeta.ru" saytına istinadən xəbər verir ki, bunu "Reuters"ə Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs deyib.
M.Ortequs bildirib: "Biz S-400 (alınması üzrə - red.) razılaşmasının "CAATSA" ("Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə" qanunu - red.) çərçivəsində sanksiyaların tətbiq edilməsi üzrə davam edən müzakirələrin mövzusu olaraq qaldığını ən yüksək səviyyələrdə vurğulamağa davam edirik. Bu razılaşma həmçinin ikitərəfli və NATO çərçivəsində münasibətlərə əsas maneə olaraq qalır. Əminik ki, (Türkiyə Prezidenti Rəcəb Tayyib - red.) Ərdoğan və onun yüksək vəzifəli məmurları bizim mövqeyimizi anlayırlar".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





