Avropa Şurası Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"lə bağlı mövqeyini açıqlayıb.
Qurumun Kommunikasiya Direktorluğundan Mediainfo.az-a bildiriblər ki, Avropa Şurası Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır.
Direktorluqdan vurğulanıb ki, Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində qeyd edildiyi kimi, Avropa Şurası Azərbaycan da daxil olmaqla, bütün üzv ölkələrinin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətə tam sadiqliyini dəfələrlə bəyan edib. "Avropa Şurasının prinsipial və məlum mövqeyi ondan ibarətdir ki, üzv ölkənin konstitusiya nizamına zidd və ya ondan kənar təşkil edilən istənilən seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur və hüquqi tanınmamalı və ya hesab edilməməlidir. Bu mövqe Dağlıq Qarabağda keçirilmiş son qondarma "seçkilər"ə münasibətdə də keçərlidir", - qondarma "seçkilər"lə bağlı Avropa Şurasının mövqeyinə dair məlumatda bildirilib.
Qeyd edilib ki, Avropa Şurası münaqişənin dinc nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





