İran Koreya Respublikası şirkətindən süni tənəffüs aparatları almaq haqqında razılıq əldə etsə də, son anda ləvazimatlar ölkəyə göndərilməyib.
Mediainfo.az xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib.
O qeyd edib ki, İran tərəfi şirkətin rəsmi şəxsləri ilə əlaqə saxlayaraq razılaşmaya əməl olunmasını tələb etsələr də, şirkətdən sanksiyaların yükün göndərilməsinə imkan vermədiyi bildirilib.
K.Cahanpur diqqətə çatdırıb ki, ABŞ İranın humanitar yardım və tibbi preparatlar almasına sanksiya tətbiq etmədiyini bildirir. Lakin fakt göz qabağındadır və həqiqət ondan ibarətdir ki, məhz ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində İran koronavirusa yoluxan xəstələr üçün süni tənəffüs aparatı ala bilmir.
Ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ Prezidenti Donald Trampın İrana süni tənəffüs aparatı göndərmək təklifinə cavab verib. Nazir bildirib ki, İran 1 aydan sonra süni tənəffüs aparatlarının kütləvi istehsalına başlayacaq. Odur ki, sizin yardımınıza ehtiyacımız yoxdur. Başqa dövlətlərin daxili işlərinə qarışmayın, yetər!".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





