"Prezident İlham Əliyev keçirdiyi videokonfrans müşavirəsində ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olmasını qeyd edib".
Mediainfo.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib. Spiker deyib ki, koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əmindir:
"VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq. Prezident son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdı. O cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma "seçkilərə" münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı anti-azərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə ediblər. Bu gün onların bu "seçki"lərə münasibət bildirməməsi qəbuledilməzdir. Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





