Gürcüstan Prezidenti Salome Zurabişvili həmrəyliyə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib.
Mediainfo.az-ın məlumatına görə, o, öz "Twitter" səhifəsində Heydər Əliyev Mərkəzinin Gürcüstan bayrağının rənglərində işıqlandırılmasına görə minnətdarlıq edib.
S.Zurabişvili yazıb: "Bu gün Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkürümü bildiririəm. Bu, Azərbaycan xalqının ən yaxşı həmrəylik addımlarından biridir. Biz birlikdə güclüyük!"
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.
Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi "COVID-19" un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Amerka Birləşmiş Ştatlarının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





