Ukrayna prezidenti Vladimir Zelenski koronavirus vaksinini ixtira edənə külli müdarda pul mükafatı vəd edib.
Bu barədə Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Viktor Lyaşko bildirib.
O, qeyd edib ki, dövət başçısı COVID-19 infeksiyasını ixtira edənə 1 milyon ABŞ dolları verəcək.
"Sizə sirr açacam. Prezident məndən bizim akademiklərimizə məktublar yazmağı xahiş etdi. Dövlət başçısı söz verdi ki, əgər kimsə (COVID-19 -red) vaksini və ya dərmanı ixtira etsə, o, azı 1 milyon ABŞ dolları mükafat alacaq. Ancaq bilmirəm hansı fonddan", – Lyaşko "Sol sahil" nəşrinə bildirib.
O həmçinin qeyd edib ki, ölkədə epidemiologiya ilə bağlı vəziyyət optimist ssenari üzrə inkişaf edir, proqnozlara görə, pandemiya müddətində əhalinin 2%-dən azı virusa yoluxa bilər.
Ölkədə COVID-19-a 2 777 yoluxma qeydə alınıb, 83 nəfər ölüb, 89 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır











.jpg)

.jpg)









































