Gigiyena qaydalarına əməl edilməlidir

Gigiyena qaydalarına əməl edilməlidir

"ÜST tərəfindən vacib tövsiyələrdən biri olan gigiyena qaydalarına və bu xüsusda da əllərin düzgün qaydada yuyulmasına riayət edilməsi mühüm məqamlardan biridir".

Mediainfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Təmiz əllər" kampaniyasında iştirakı zamanı deyib.

H.Hacıyev ÜST tərəfindən qlobal pandemiyanın elan olunduğunu və bu mübarizədə hər kəsin evdə qalmasını, gigiyena qaydalarına riayət etməsini, o cümlədən sosial izolyasiyada olmasını və məsafə saxlamasını vacib şərtlərdən biri kimi vurğulayıb. Həmçinin, koronavirus üçün xarakterik simptomlar olan quru öskürək, yüksək hərarət və s. kimi halların müşahidə olunması zamanı vətəndaşlarımızı təcili tibbi yardıma müraciət etməyə səsləyib.

O, kampaniyanı bu ifadələrlə başa çatdırıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Biz birlikdə güclüyük" və biz birlikdə koronavirusa qalib gələcəyik".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən bir müddət öncə "Təmiz əllər" kampaniyasına start verilib.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltmək olub. Kampaniyada BMT-nin Azərbaycandakı nümayəndələri, beynəlxalq qurumların rəhbərləri və Azərbaycan rəsmiləri iştirak ediblər. "Təmiz əllər" kampaniyası başa çatıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az