Bu gün Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək.
Mediainfo.az xəbər verir ki, sammit koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub və Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidentləri Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstan Baş naziri Viktor Orban və TDƏŞ Baş katibi Bağdad Amreyevin iştirak edəcəyi gözlənilir.
Videokonfransda iştirakçıları koronavirus epidemiyası ilə mübarizə üçün milli səviyyədə görülən tədbirlər, səhiyyə sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı və bölgədə COVID-19-un yayılmasının yaratdığı ümumi problemləri həll etməyin yolları barədə fikir mübadiləsi aparacaq, koronavirusun milli və dünya iqtisadiyyatlarına mənfi təsirini aradan qaldırmağın yollarını müzakirə edəcək, böhran zamanı və pandemiyadan sonrakı dövrdə ticari-iqtisadi əlaqələri davam etdirmək və maneəsiz nəqliyyat əlaqələrini təmin etmək üçün birgə səylər və ümumi tədbirlərə toxunacaqlar.
Sammitin yekununda birgə bəyannamə qəbul ediləcəyi gözlənilir.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



















.jpg)





























.jpg)
.jpg)




