2019-cu il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında dərin islahatlar ili kimi xarakterizə olunur.
Mediainfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, 2019-cu ilin Azərbaycanda uğurlu il olmasının səbəbi ölkədə həyata keçirilən ciddi islahatlardır. O bildirib ki, əsas islahatlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları oldu: "Bu islahatlar iqtisadiyyatın inkişafına böyük təkan verdi, Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) artıb. Azərbaycanın investisiyacəlbedici ölkə olması və bu sahədə şəffaflığın təmin edilməsi də beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb".
Komitə sədri vurğulayıb ki, ötən il ərzində Azərbaycanın beynəlxalq sahədə xüsusi uğurları olub: "Azərbaycan Prezidenti İlham Əliyevin Valday, Aşqabad, Davos, Mühnendə çıxışları, orada Ermənistanı ifşa etməsi, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını bir daha əsaslı faktlarla sübut etməsi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük uğurlarıdır".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































