Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Mediainfo.az-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir:

"Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır. Aprelin 20-ə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır".

Baş nazir vurğulayıb ki, koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi sahəsinə mənfi təsirlərini azaltmaq üçün tərtib edilən müfaviq proqramlar vaxtında icra olunacaq: "Həyata keçirilən bütün tədbirlər xalqın sağlamlığını və ölkənin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Biz bu vəziyyətdən ən az itkilərlə çıxmalıyıq və vətəndaşlarımzı qorumalıyıq".

Dövlət rəsmisi əlavə edib ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri izləyir və qabaqlayıcı tədbirlər görür: "Neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az