Azərbaycan Rus İcmasının V qurultayı keçirilib.
Mediainfo.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, millət vəkilləri Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin rəis müavini Anton Rıbakov, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan və Bakı Yeparxiyasının arxiyepiskopu Vladıka Aleksandr və digərləri iştirak ediblər.
Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin qeyd edib ki, icmanın V qurultayı Azərbaycanda iqtisadi, sosial və siyasi stabillik şəraitində keçirilir.
M.Zabelin Rusiya-Azərbaycan münasibətlərinə toxunaraq qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri bu münasibətlərin inkişafına böyük təkan verəcək: "Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" mükafatına layiq görülməsi hər iki ölkə arasındakı yüksək dostluq və qarşılıqlı etimada sübutdur".
Qurultayda İcmanın Respublika Şurasının yeni heyəti və rəhbərliyi seçilib. Eyni zamanda M.Zabelin yekdilliklə növbəti 5 il üçün icmanın sədri seçilib.
Mediainfo.az. az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































