Ağ Ev Donald Trampla Rusiyanın XİN rəhbəri Sergey Lavrovun görüşünün təşkilinə hazırlaşır. Müzakirə olunacaq mövzular arasında silahlara nəzarət də var.
Mediainfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen S.Lavrovun səfəri ilə bağlı "CBS" telekanalının ünvanladığı sualı cavablandırarkən deyib.
"Baxarıq, görərik. Ancaq düşünürəm ki, bunun baş verməsi ehtimalı böyükdür. Biz bunun üzərində çalışırıq", - deyə Robert O’Brayen bildirib.
Trampla Lavrovun görüşünün əsas məqsədi barədə sualın cavabına gəlincə, O’Brayen qeyd edib ki, "söhbət qarşılıqlı münasibətlər prinsipindən gedir": "Dövlət katibi Pompeo Rusiyaya səfər edəndə də Vladimir Putin onunla görüşmüşdü. Çinlilər, ruslar və digərləri ilə münasibətdə bəhs etdiyimiz prinsiplərdən biri də qarşılıqlılıq prinsipidir".
Onun sözlərinə görə, görüş zamanı "silahlara nəzarətlə bağlı ümumi danışıqlar" da mümkündür.
S.Lavrovun Vaşinqtona səfəri barədə hələlik rəsmi açıqlama verilməyib, ancaq Moskva tərəfi bu məsələ üzərində işlərin getdiyini açıqlayıb.
Bu səfər baş tutsa, bu, Lavrovun 2017-ci ildən bəri Vaşinqtona ilk səfəri olacaq.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
