Ərdoğan Makrona: Sən get öz beynini yoxla

Ərdoğan Makrona: Sən get öz beynini yoxla

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona beynini yoxlamağı tövsiyə edib.

Mediainfo.az-ın məlumatna görə, bir müddət əvvəl E.Makron NATO-nun qüvvəsini itirdiyini və "beyin ölümü"nün gerçəkləşdiyini bildirmişdi.

R.T.Ərdoğan Türkiyənin NATO üçün vacib ölkə olduğunu vurğulayıb:

"Makron NATO-nun beyin ölümünü elan edib. Hörmətli Makron, sən əvvəlcə öz beynini yoxla, çünki bu cür açıqlamalar sənin kimi beyni ölən şəxslərə yaraşır".

Türkiyə Prezidenti əlavə edib ki, E.Makronun terrorçuluqla mübarizə təcrübəsi yoxdur:

"Ona görə də "sarı jiletlilər" Fransanı zəbt edib. Nə qədər istəyirsiniz atılıb-düşün, amma Türkiyənin suverenliyinə hörmət edəcəksiniz".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az