Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Bişkek sammitində çıxışını şərh edərkən bildirib.
Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu ilin 3 oktyabr tarixində Azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir. KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 30 oktyabr tarixində Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunu, 26 noyabr tarixində isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib və hər iki görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistan baş nazirinə hər hansı aidiyyəti yoxdur.
Ermənistan baş naziri anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































