Azərbaycanın yeni ombudsmanı seçilib

Azərbaycanın yeni ombudsmanı seçilib

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.

Mediainfo.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova bu vəzifəyə namizədlər barədə məlumat verib. Səsvermə yolu ilə Səbinə Əliyeva Azərbaycan Respublikasının yeni Ombudsmanı seçilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini vəzifəsində çalışan Səbinə Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan S.Əliyeva, eyni zamanda, hüquq üzrə fəlsəfə doktorudur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az