Türkiyə Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı apardığı "Barış pınarı" əməliyyatına NATO-nun kifayət qədər siyasi dəstək vermədiyi üçün, alyansın Baltik ölkələri və Polşa ilə bağlı müdafiə planlarına mane olub.
Mediainfo.az xəbər verir ki, bu barədə İngiltərənin "Röyters" xəbər agentliyi NATO-dakı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyə NATO-nun planlarını anti-terror əməliyyatına kifayət qədər dəstək gələnə qədər rədd edəcək.
Xəbərdə Türkiyənin NATO-dakı nümayəndəsinə ittifaqın YPG-ni terrorçu qruplaşma kimi tanımasına qədər sözügedən müdafiə planlarını imzalamaması, xüsusi və rəsmi görüşlərdə bu məsələ haqqında qəti mövqe sərgiləməsinə dair təlimat verildiyi yazılıb.
NATO ölkələri Baltik bölgəsi və Polşaya ehtimal edilən Rusiya hücumuna qarşı müdafiəni təmin etmək məqsədilə hərbi planını həyata keçirmək istəyir. Alyans Türkiyə olmadan bu planın baş tutmasının çətin olacağını da bilir. Türkiyənin planı rədd etməsini isə şərqi avropalıları əsir götürməsi kimi dəyərləndirir.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir








.jpg)



















.jpg)

























