Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə yayıb.
Mediainfo.az xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun müəllifi olduğu məqalədə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir, Azərbaycanın yeni tarixinin böyük bir dövrünün Ulu Öndərin adı ilə bağlı olduğu qeyd olunur.
Yazıda Sovet İttifaqı dönəmində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr Azərbaycanda dinamik inkişaf dövrü kimi qiymətləndirilib, ölkə iqtisadiyyatının yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrinin əhəmiyyətli dərəcədə genişləndirildiyi, həmin illərdə istedadlı gənclərin Moskva, Leninqrad, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elmi və təhsil müəssisələrinə göndərilməsinin ənənəvi xarakter aldığı bildirilir.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Sovet İttifaqının iqtisadi, sosial, və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik etdiyini vurğulayan müəllif Ulu Öndərin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Qorbaçovun apardığı siyasi kursa etiraz olaraq vəzifəsindən istefa verdiyini, 20 Yanvar hadisəsindən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Azərbaycan əhalisinə qarşı törədilmiş bu cinayətlərə sərəncam verən və icra edənlərin dərhal cəzalandırılmasını tələb etdiyini, sovet rəhbərliyinin nümayiş etdirdiyi ikiüzlü siyasətə etiraz olaraq Kommunist Partiyası sıralarını tərk etdiyini tarixi faktlarla qeyd edir.
Yazıda səfir Azərbaycanın müstəqilliyinin bərpasından sonra çətin dövrdən keçdiyini, ölkəmizdə vətəndaş müharibəsinin və separatçılıq meyillərinin baş qaldırdığını, Ermənistanın hərbi təcavüzünə məruz qaldığımızı bildirib. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə isə Azərbaycanın tərəqqi yoluna çıxdığı xüsusi vurğulanır. Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı, ölkədə bütün sahələrdə əsaslı dönüş yarandı.
Qeyd olunur ki, Heydər Əliyevin ömrünün bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider və siyasi xadim olub, onun Azərbaycanın hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlərin uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına xidmət etdiyi vurğulanır.
Ümummilli Liderin doğum gününün təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də geniş qeyd olunduğu diqqətinə çatdırılır.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































