Bu, pandemiya şəraitində rekorddur

Bu, pandemiya şəraitində rekorddur

Cari ilin ilk rübündə neft-qaz hasilatıyla bağlı olmayan sənaye məhsulları sektorunda istehsalın həcmi 23% artıb. Bu, pandemiya şəraitində rekorddur. Düşünürəm ki, bu rəqəm bizim etdiyimiz işə hörmət yaradır. Ona görə də qeyri-neft sektoruna keçid bizim əsas prioritetimiz olaraq qalır. Mən dəfələrlə demişəm ki, neft sektorunu unutmalıylq. Neftin hazırkı qiymətləriylə postneft dövrünün başladığını demək olar.

Mediainfo.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Azərbaycan iqtisadiyyatının artımında əsas aparıcı güc onun şəffaflaşdırılması olacaq. Bu istiqamətdə - iqtisadiyyatın kölgədən çıxardılması üçün çox şey edilir. Təəssüf ki, bu problem bizim üçün hələ də aktualdır. Bizim qəbul etdiyimiz tədbirlər öz nəticələrini verir, biz büdcəni doldururuq”, – deyə Prezident bildirib.

İlham Əliyev, həmçinin Azərbaycanın kənd təsərüffatı sahəsində böyük potensialı olduğunu, eləcə də nəqliyyat-logistika sferasında bütün işlərin başa çatdırıldığını deyib.

Prezident Azərbaycanın turizmə də böyük diqqət ayırdığını söyləyib. Pandemiyanın turizm sektoruna böyük zərbə vurduğunu bildirən Prezident Azərbaycanın daxili turizmin stimullaşdırılmasına böyük diqqət ayıracağını qeyd edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az