Azərbaycan II Dünya müharibəsi dönəmində vacib yanacaq tədarükçüsü olub.
Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə müsahibəsində deyib.
“O zaman hələ Sibir yataqları tədqiq edilməmişdi. Ona görə də Azərbaycan yanacaq-sürtkü materiallarının əsas bazası idi. Təsadüfi deyil ki, faşist Almaniyası Bakını işğal etmək niyyətində idi. Hitlerə üzərində Xəzər dənizi yazılan bayram tortunun gətirilməsi ilə bağlı məşhur kadrlar dəfələrlə nümayiş etdirilib. Əgər bu baş versəydi, əlbəttə, müharibənin nəticələri tamam fərqli ola bilərdi”, – deyə Prezident bildirib.
Hər il mayın 9-da müharibə veteranları ilə görüşdüyünü deyən Prezident onlara cari ildə 900 dollar mükafatın ayrıldığını söyləyib.
Əliyevin sözlərinə görə, Azərbaycanda Qələbə gününə belə münasibət müstəqilliyin ilk illərində hərbi çevriliş yoluyla hakimiyyətə gələn antimilli Xalq Cəbhəsi rejimi dönəmində olmayıb:
“Bu bayram təqvimdən silinmiş, müharibə veteranları mənəvi terrora məruz qalmış, onlara qarşı KİV-lərdə qəzəbli kampaniya aparılmışdı. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Qələbə günü bayram təqvimində bərpa edildi. İndiyə qədər bu, dövlət bayramıdır, ədalət zəfər çalıb”.
İlham Əliyev mayın 9-da Moskvanı Vladimir Putinin dəvəti əsasında ziyarət etmək fikrində olduğunu, amma koronavirusla əlaqədar bayram tədbirlərinin ləğv edildiyini bildirib.
Prezident koronavirusla bağlı situasiyanın normallaşmasından sonra bayramın başqa zamanda keçiriləcəyinə ümid etdiyini deyib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür















.jpg)





























.jpg)
.jpg)








