Ehtiyacı olanlara dəstək və ÜST üçün 5 milyon dollar
Rusiya mətbuatında 4 may tarixində Qoşulmama Hərəkatının Əlaqə Qrupunun videokonfrans formatında keçirilən Zirvə görüşü barədə məlumatlar işıqlandırılır. Rusiyaya məxsus xəbər saytları xüsusilə vurğulayırlar ki, Forum Azərbaycan Prezidenti və Hərəkatın sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilib.
İnfo24.ru saytı yazır ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldığı konfransda BMT baş katibi Antoniu Quterres, BMT Baş Assambleyasının prezidenti Tijani Muhammad-Bande, Afrika Birliyinin sədri Ciril Ramaposa, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreisus, habelə Ali Avropa Birliyinin nümayəndəsi Xosep Borrell də iştirak edib.
Rusiyaya məxsus saytda Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının ötən ilki forumunda təşkilatın sədri kimi beynəlxalq aləmdə üzv ölkələrin maraqlarını qorumaq üçün əməli addımlar atacağına söz verdiyi qeyd olunur və bildirilir ki, son Zirvə görüşü ölkə başçısının verdiyi sözə sadiq qaldığını təsdiq edir. Həmçinin nəzərə çatdırılır ki, pandemiya ilə bağlı vəziyyətə Azərbaycan tez və adekvat cavab verib.
Rusiya mətbuatı Azərbaycan Prezidentinin həmçinin, ehtiyacı olan ölkələrə dəstək üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ayıracağını da təqdir edir.
O da qeyd olunur ki, ÜST-nin baş direktoru Tedros Adan Qebreisus, konfransa dəvət üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Vurğulanır ki, ÜST-nin baş direktoru həmçinin koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
"Ümumdünya Səhiyyə Təşkilatına dəstəyinizi yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, 5 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyinə görə Azərbaycan xalqına və Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm ", deyən Tedros Adan Qebreisusun sözləri stat olaraq Rusiyaya məxsus mətbuat səhifəsində işıqlandırılır.
İnfo24.ru saytı yazır ki, Video konfrans zamanı BMT Baş katibi Antonio Quterres, görüşü təşkil etdiyinə görə Azərbaycan rəhbərinə təşəkkür edib.
Xatırladırıq ki, 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının Əlaqə Qrupunun videokonfrans formatında Zirvə görüşü keçirilib. Görüşün təşəbbüskarı Azərbaycan Prezidenti Cənab İlham Əliyev olub və bu görüşdə bir sıra beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin dövlət başçıları iştirak edib.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































