ABŞ prezidenti Donald Trump İrana qarşı müharibə güclərindən "Konqresin razılığı olmadan" istifadə etməsinə mane olan qətnamə layihəsinə veto qoyub.
Mediainfo.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
Tramp yazılı açıqlamasında sözügedən qanun layihəsi veto etdiyini bildirərək, "Bu, 3 noyabrda Respublikaçıları bölməklə Demokratlar Partiyasının seçkilərdə qalib gəlmək strategiyalarının bir hissəsi olaraq təqdim edilən çox utandırıcı bir qanundur", deyib.
Qanun layihəsini müdafiə etmək bəzi faktların və qanunların anlaşılmazlığına əsaslandıran Tramp "Bu qanun layihəsinin əksinə olaraq, İrana qarşı heç bir güc tətbiq etməyib. Dörd ay əvvəl Qasım Süleymaninin İraqda olarkən öldürülməsi ilə bağlı müvafiq qərar verdim. İran cavab olaraq İraqdakı bazalarımıza raketlə hücum etdi" deyə bildirib.
Süleymani əməliyyatının "tamamilə qanuni" olduğunu vurğulayan Tramp, "Bu qanun layihəsi ABŞ prezidentinin ölkəsini, müttəfiqlərini və tərəfdaşlarını qorumaq qabiliyyətini böyük dərəcədə sarsıdır", deyərək fikirlərini bölüşüb.
Tramp ifadəsinin sonunda "Konqres heç vaxt bu qanun layihəsini qəbul etməməli idi" deyib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür.jpg)















.jpg)





























.jpg)
.jpg)








