Dörd regionda referendumlar keçirilib və onlar rəsmən Rusiyanın ərazisinə qatılıb. Rusiya artıq oradan çıxa bilməz.
Teleqraf xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, bu, Ukraynanın vəziyyətini pisləşdirir.
"Lakin əgər münaqişəni cəbhə xətti boyunca dayandırıb həqiqi sülh barədə razılığa gəlməsək, bu region nəhəng Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya qoşulacaq, onu geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsnə gətirib çıxaracaq”, - o deyib.
Medinskinin qeyd edib ki, Rusiya nüvə müharibəsinə səbəb ola biləcək, heç bir dövlət tərəfindən tanınmayan nəhəng Qarabağın yaranmasını istəmir.
“Biz bunu istəmirik, ona görə də dayanmaq, hərtərəfli sülhə nail olmaq və yeni əraziləri tanımaq istəyirik", - o söyləyib.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































