Yüzlərlə fələstinli Ramallah küçələrinə çıxaraq İsrailin azad etdiyi 30 məhbusu "Həmas"-ın saxladığı girovlarla beşinci dəfə qarşılayıb. Bu, döyüşən tərəflər arasında atəşkəsin cümə axşamı səhərə qədər uzadılması sayəsində mümkün olub.
"Həmas"-ın hərbi qanadı Əl-Qəssam Briqadaları çərşənbə axşamı daha 12 girovun Rəfahda "Qırmızı Xaç" təşkilatına təhvil verilməsinin videosunu dərc edib. Onların arasında əksəriyyəti yaşlı olan 10 İsrail qadın və iki Tailand vətəndaşı da var.
İsrail ərazisində , Sderotda onları şən izdiham qarşılayıb .
"Həmas" və digər yaraqlılar oktyabrın 7-də girov götürülən 240 nəfərdən 160-a yaxınını hələ də saxlayır.
İsrail hökumətinin sözçüsü bildirib ki, atəşkəsin daha 5 gün uzadılması , eyni şərtlərlə israilli girovların fələstinli məhbuslarla 1-dən 3-ə dəyişdirilməsi ilə mümkündür.
Bu arada ərəb mediası tərəflərin atəşkəsin iki günlük uzadılması ilə bağlı artıq razılığa gəldiyini yazır.
Döyüşlərdə fasilə zamanı "BMT"-nin ümumdünya ərzaq proqramı Qəzzanın 120 mindən çox sakininə ərzaq çatdırıb , lakin bu təchizatın aclığı həll etmək üçün olduqca qeyri-kafi olduğunu bildirilir .
Çərşənbə axşamı gecəsi başqa bir girovla məhbus mübadiləsindən sonra , sona çatmalı olan atəşkəsi uzatmaq istəyinə baxmayaraq , Baş nazir Benyamin Netanyahu müharibə bundan sonra tam gücü ilə bərpa olunacağını bildirib .
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































