X sosial media platformasında antisemitizm (yəhudi xalqına qarşı qərəz) yaydığı üçün tənqidlərlə üzləşən İlon Mask İsrailə səfər edib. İsrail baş naziri Benyamin Netanyahu ziyarət edən Mask daha sonra İsrail prezidenti İsaak Hersoqla görüşüb.
Musk həmçinin İsrail rəsmiləri ilə razılaşıb ki, sahibi olduğu peyk internet xidməti Starlink İsrail hökumətinin icazəsi olmadan Qəzzaya internet verməyəcək.
İsrail prezidenti Hersoq Maska deyib: “Sosial media platformaları, o cümlədən sizin idarə etdiyiniz platformalar antisemitizm xəstəliyini gizlədir”.
Tesla və Space-in sahibi olan milyarder iş adamı Mask "İnsanların dezinformasiya ilə yükləndiyi zaman nə edə biləcəyi diqqətəlayiqdir" deyə bildirib.
Mask və Netanyahu arasında X sosial media platformasında yayımlanan söhbət ingilis dilində təxminən 20 dəqiqəlik olub.
Söhbətdə Netanyahu bölgəyə sülh və əmin-amanlıq gətirmək üçün HƏMAS-ın məhv edilməsi lazım olduğunu ifadə edərək, “Birincisi, İkinci Dünya Müharibəsində Almaniya və Yaponiyada olduğu kimi, zəhərli rejimdən qurtulmaq lazımdır". Mask isə “Başqa yol yoxdur” deyərək cavab verib.
Xatırladaq ki, Mask 2022-ci ilin oktyabrında aldığı Twitter-in adını X olaraq dəyişib.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































