Minaların qadağan edilməsi üzrə beynəlxalq hərəkatın yeni hesabatına görə, 2022-ci ildə minalardan 5 minə yaxın insan həlak olub və yaralanıb. Onların təxminən dörddə biri uşaqlardır.
Məlumata görə, təkcə ötən il piyada minalarından 1661 nəfər həlak olub , daha 3015 nəfər yaralanıb.
Ottava müqaviləsi və ya daha çox adlandırıldığı "Piyada Əleyhinə Minaların Qadağası Konvensiyası" iyirmi ildən çox əvvəl imzalanıb və o vaxtdan bəri 164 dövlət ona qoşulub. Bunu sonuncu dəfə 2017-ci ildə Fələstin Muxtariyyəti və Şri-Lanka edib . Buna baxmayaraq , bu silah növü hələ də tez-tez istifadə olunur.
Hesabat müəllifləri 49 ölkədəki vəziyyəti araşdırıb və belə nəticəyə gəliblər ki, 2022-ci ildə piyada əleyhinə minaların qurbanlarının ən çoxu Suriya (834) və Ukraynada (608) baş verib. Üstəlik, sonuncunun ərazisində Rusiya ilə genişmiqyaslı müharibə səbəbindən ölən və yaralananların sayı 2021-ci illə müqayisədə on dəfə artıb.
Yəmən və Myanma antireytinqdə üçüncü və dördüncü yerlərdədir. Ötən il hər iki ölkə 500-ə yaxın qurbanın olduğunu bildirib
Ottava müqaviləsini imzalayan dövlətlər təkcə hərbi əməliyyatlarda piyada əleyhinə minalardan istifadə etməyi deyil, həm də ərazilərini onlardan təmizləməyi öhdələrinə götürürlər. Keçən il təmizlənmiş torpaqların demək olar ki, 60%-i Kamboca və Xorvatiyada olub.
Hesabatın müəllifləri Əfqanıstan, Bosniya və Herseqovina, Kamboca, Xorvatiya, Efiopiya, İraq, Türkiyə, Azərbaycan və Ukraynanı hazırda ən çox çirklənmiş ölkələr hesab edirlər.
Noyabrın 20-dən 24-dək Cenevrədə Ottava Müqaviləsi iclası keçirələcək.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































