Fransanın keçmiş prezident general Sani Abaçanın dövründə Nigeriyadan qaçaqmalçılıq yolu ilə gətirilən 150 milyon dolların geri qaytarılacağı bildirilir.
Nigeriya prezidenti Bola Əhməd Tinubunun xüsusi müşaviri Ajuri Ngelalenin verdiyi yazılı açıqlamaya görə, Tinubu və Fransa xarici işlər naziri Ketrin Kolonna paytaxt Abucada bir araya gəlib.
Xarici işlər naziri Kolonna iclasda etdiyi şərhdə Tinubuya general Sani Abaçanın dövründə qaçaq yolla gətirilən 150 milyon dolları Nigeriyaya qaytaracaqlarını bildirib.
Kolonna onu da bildirib ki, qrant şəklində ölkəyə qaytarılacaq pulların hara yatırılacağı ilə bağlı Nigeriya hökuməti ilə tezliklə danışıqlara başlanılacaq.
"Nigeriyanın pullarının qaytarılmasında səmərəli əməkdaşlığınız üçün sizə təşəkkür edirik. Bu pul inkişaf məqsədlərimizə nail olmaq üçün ağıllı şəkildə istifadə olunacaq", - deyə Tinubu bildirib.
O vaxtkı prezident general Abaçanın 1993-1998-ci illər arasında qaçırdığı pulların əhəmiyyətli bir hissəsi Qərb banklarında saxlanılır. Abaça 5 illik hakimiyyəti dövründə xalqdan ən azı 2 milyard dollar oğurlamaqda günahlandırılıb.
1993-cü il noyabrın 17-də hərbi çevrilişlə hakimiyyətə gələn Abaça ölkənin ən korrupsioner lideri kimi tanınır.
Hakimiyyəti dövründə bir çox insan haqlarının pozulmasında ittiham olunan Abaça Afrikanın “ən acgöz” diktatoru kimi tanınır.
Xatırladaq ki, Abaça 1998-ci il iyunun 8-də prezident sarayında ürək tutmasından vəfat edib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































