Avtomobildə 50 kilo qızıl və 500 min avro ilə tutuldular

Avtomobildə 50 kilo qızıl və 500 min avro ilə tutuldular

Almaniyada şosedə bir avtomobili saxlayan polis 50 kilo qızıl və 500 min avro nağd pul tapıb. Avtomobilin sürücüsü «Türkiyəyə gedirik» deyə polisə bildirib. Maşında olan şəxslər pulun mənbəyini izah edə bilməyəndə onları həbs ediblər. Avtomobildə 60 yaşlı kişi sürücü və 42 yaşlı bir qadın sərnişin olub. Avtomobilə baxış zamanı 50 kiloqram qızıl və 500 min avro nağd pul aşkar olunaraq götürülüb. İstintaqa başlayan polis 3 milyon avro dəyərində qızıl və 500 min avro nağd pul ələ keçirib. Müsadirə edilən qızıl və nağd pulun türk lirəsi ilə dəyəri 105 milyon lirədən çoxdur.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az