İsrail ordusu Qəzza zolağında ikinci reyd keçirib

İsrail ordusu Qəzza zolağında ikinci reyd keçirib

Bir gün əvvəl Qəzzaya ilk tank yürüşü həyata keçirən İsrail ordusu həmin gecə yenidən piyada, zirehli texnika və mühəndis qoşunlarını zolağa gətirib. Onlara pilotsuz təyyarələr və döyüş təyyarələri havadan dəstək verib.

Təl-Əvivin məlumatına görə, əməliyyatın əsas hissəsi Qəzza şəhərinin kənarındakı Şezheya bölgəsində həyata keçirilib. "Həmas"-ın onlarla hədəfi, o cümlədən reaktiv yaylım atəşi sistemləri və yaraqlıların komanda mərkəzləri vurulub.
İsrail ordusu həmçinin iddia edir ki, raket zərbəsi nəticəsində Xan Yunis şəhərindən İsrailə hücumlara rəhbərlik edən "Həmas" komandirlərindən biri Həsən əl-Abdullah öldürülüb.

Əməliyyat bir neçə saat davam edib, əməliyyat başa çatdıqdan sonra israillilər Qəzzanı itkisiz tərk ediblər.

"Həmas"-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının qızışmasından bu yana 7 mindən çox dinc sakin həlak olub, 18 mindən çox insan yaralanıb.

Cümə gecəsi Qüdsün səması 224 projektorla işıqlandırıldı, "Həmas"-ın Qəzza zolağında saxladığını girovların sayı qədər. “Ümid şüaları” adlanan tədbirdə əsir götürülmüş israillilərin fotoşəkilləri və onların adları da nümayiş etdirilib. Aksiyadan bir neçə saat sonra İsrail Müdafiə Nazirliyi Qəzzada israilli girovların yeni təsdiqlənmiş sayını 229 nəfəri açıqlayıb.

İordan çayının qərb sahilində də silahlı toqquşmalar baş verib: İsrail əsgərləri Cenindəki qaçqın düşərgəsində və Qalkilya şəhərində silahlı fələstinlilərlə atəş açıb. Atışma zamanı “İslami Cihad” terror qruplaşmasının səhra komandirlərindən biri Aiser Mohammad əl-Amer öldürülüb, İsrail Müdafiə Nazirliyi bildirib. Daha 36 fələstinli saxlanılıb.
İsrail ordusu "Həmas"-ı Şimali Koreya və İrandan gələn silahlardan istifadə etməkdə də ittiham edib. İsrail ordusunun məlumatına görə, söhbət yaraqlıların silahlarının 20%-dən gedir. Qalan 80%-i isə Qəzza zolağında istehsal olunub.

Bundan əlavə, ötən gecə raketlərdən biri Qırmızı dəniz sahilində, Eylat yaxınlığında yerləşən Misirin kurort şəhəri Taba ərazisinə düşüb. Altı nəfər yaralanıb. Zərbənin təsadüfi və ya bilərəkdən olub-olmaması, eləcə də raketin kimə aid olduğu hələ ki, bəlli deyil.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az