Rusiya sərhədə qoşun yeridir

Rusiya sərhədə qoşun yeridir

Rusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.

Oxuməni.az xəbər verir ki, bunu "İnterfaks"a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin inspektoru general-mayor Vladimir Boqatırev deyib.

O, bu addımın ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə əsgər yerləşdirməsinə cavab olduğunu bildirib.

Boqatırev Qərb Hərbi Dairəsi və Baltik donanmasının gücləndiriləcəyini deyib.

General-mayor Baltik donanmasının hipersionik silahlar, "Xəncər" aviasiya kompleksləri, "Peresvet" lazer döyüş kompleksləri və "Çirkon" raketləriylə təchiz ediləcəyini vurğulayıb.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az