Almaniyanın “Frankfurt Allgemeine Zeitung” (FAZ) nəşri Azərbaycanın istifadə etdiyi Türkiyə və İsrail PUA-ları tərəfindən 190-dan çox erməni tankı və zirehli texnikasının məhv edilməsinin alman ordusunda şoka səbəb olduğunu yazıb.
Mediainfo.az xəbər verir ki, FAZ-ın məqaləsində Almaniya Müdafiə Nazirliyinin ordunun hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda yetərli olmadığını etiraf etdiyi vurğulanıb. Müdafiə naziri Anneqret Kramp-Karrenbauerin bu problemi aradan qaldırmaq üçün hava hücumundan müdafiə sisteminin tamamilə yenidən qurulması üçün bəzi təkliflər hazırladığı qeyd edilib.
Almaniyanın 2013-cü ildə hava hücumundan müdafiə sisteminə ehtiyac duymadığı üçün heç bir modernləşmədən keçmədiyi bildirilib.
“PUA-lar 190-dan çox erməni tankını və zirehli texnikasını məhv edib. Hücumlara qarşı həssas olan erməni əsgərləri ruhdan düşüblər. Bu xəbər alman ordusunu şoka salıb”, - məqalədə bildirilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































