Banqladeş Türkiyədən "TRG-300 KAPLAN" çoxmənzilli raket sistemləri alacaq

Banqladeş Türkiyədən "TRG-300 KAPLAN" çoxmənzilli raket sistemləri alacaq

Son illərdə Türkiyə Respublikası dünya silah bazarında iddialı gücə çevrilib.

Mediainfo.az xəbər verir ki, Türk Müdafiə Sənayesinin istehsalı olan əvəzedilməz silahlara olan maraq bu bazarda böyük alıcı kütləsi formalaşdıra bilib. Son məlumata görə, Banqladeş Türkiyədən "TRG-300 KAPLAN" çoxmənzilli raket sistemlərini alacağını açıqlayıb. Bu barədə ölkənin Baş qərargah rəisi General Aziz Ahmed məlumat verib. Bildirilib ki, alqı-satqı ilə bağlı yaxın vaxtlarda Türkiyənin "Roketsan" müdafiə sənayesi şirkəti ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, "TRG-300 KAPLAN" maksimum 120 km uzaqlıqda olan hədəfləri məhv edə bilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az