Qəddafinin qəbiləsi və Haftar arasında qarşıdurma

Qəddafinin qəbiləsi və Haftar arasında qarşıdurma

Qiyamçı general Xəlifə Haftarın başçılıq etdiyi qüvvələr Qəzizifə qəbiləsindən öldürdükləri Nəsir Üveydət adlı bir gənc üçün 300 min dinar (50 min dollar) qanpulu təklif edib.

Mediainfo.az xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin generalı Əbdülhadi Dirax məlumat verib.

Generalın sözlərinə görə, qəbilə bütün üzvlərinin sərbəst buraxılmasını tələb edərək, Haftarın bu təklifini qəbul etməyib.

Liviyanın mərhum lideri Müəmmar Qəddafinin də mənsub olduğu Qəzazifə ölkənin ən nüfuzlu qəbilələrindən sayılır.

Son günlərdə Sirtədə Haftar qüvvələri ilə Qəzazifə qəbiləsi arasında qarşıdurma yaşanır. Ayın 25-də Haftar qüvvələri qəbilə üzvü olan Nəsir Üveydət adlı gənci öldürüb, bəzi üzvlərini də əsir götürüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az