Türkiyə bu ölkədə hərbi baza yaradır

Türkiyə bu ölkədə hərbi baza yaradır

Türkiyə Nigerdə hərbi baza yaradacaq.

Mediainfo.az xəbər verir ki, bu barədə “Yeni Akit” məlumat yayıb.

Bildirilib ki, ötən ay Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Nigerə səfəri çərçivəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, Türkiyə Nigerdə hərbi baza yaradacaq və bu ölkənin ordusuna təlim keçəcək.

Qeyd edək ki, Niger Liviyanın cənub qonşusudur. Türkiyənin Nigerdə hərbi baza yaratması Liviyada Xəlifə Haftara ciddi təzyiq kimi qiymətləndirilib.

Türkiyənin Liviyanın digər qonşusu olan Çadda hərbi baza yaratmağa hazırlaşdığı da iddia edilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az