Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!
3 Yanvar 2025 12:19
Türkiyə ordusunun inventarına müasir standartlara cavab verən PUA-lar daxil edilib.
Mediainfo.az xəbər verir ki, “Alesta” tipli PUA-nın fərqli xüsusiyyətləri var. Məlumata görə, “Alesta”lar fırlanan qanad quruluşuna malikdir. Qanadlar dik formada şaquli olaraq enib-qalxa bilir.
Düz uçuşa keçdikdə isə qanadlar üfüqi vəziyyət alır və təyyarə formasına çevrilir.
Təyyarə kimi uçuş-enmə zolağına ehtiyacı yoxdur. Helikopter kimi də enib-qalxa bilir. Bundan başqa, düz uçuş rejiminə keçən zaman sabit qanadın yaratdığı qaldırıcı qüvvədən istifadə edərək helikopterlərdən daha uzun məsafələrə uça bilir.
Mediainfo.az