Şəhər güllə yağışı altında qaldı - Rus ordusu hücumu intensivləşdirdi

Şəhər güllə yağışı altında qaldı - Rus ordusu hücumu intensivləşdirdi

Rusiya qoşunları Lisıçansk neft emalı zavoduna hücuma keçib.

Mediainfo.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi idarəsinin rəisi Sergey Qayday məlumat verib.

“Düşmən cənub və qərbdən Lisıçanska hücum edərək Ukrayna hərbi qüvvələrini mühasirəyə almağa çalışır, amma bunlar boş cəhdlərdir. Ruslar Lisıçansk-Baxmut yolunu da ələ keçirə bilmədilər. Lisıçansk sakinləri demək olar ki, 24 saat zirzəmilərdə və evlərdə olurlar. Şəhər intensiv atəşə məriz qalır”, - Qayday deyib.

Onun məlumatına görə, Lisıçanskda çox sayda yaşayış binası və infrastrukturunda yanğın baş verir. Evlərlə yanaşı, iki ticarət mərkəzi də yanır.

Beloqorivka və Volçoyarka da rusların güclü atəşinə məruz qalıb.

Bundan əlavə, ruslar Topolivka və Vovçeyarivkanın şimal hissəsində və Maloryazantsevoda hücuma keçərək, Topolivka-Lısıçansk yolunun bir hissəsinə nəzarəti ələ keçiriblər. Amma Ukrayna hərbi qüvvələri rusların Loskutivka-Lisıçansk jelatin zavodu istiqamətində irəliləyişini dayandırıb və onları geri çəkilməyə məcbur ediblər.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az