İsveç parlamentinin PKK/YPG terror təşkilatı tərəfdarı olan deputatı Əminə Kaxabave NATO liderlərinin Madrid zirvəsi ilə bağlı danışıb.
Mediainfo.az xəbər verir ki, Kaxabave sammit çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandumun imzalanmasına reaksiya verib və ölkəsinin xarici işlər naziri Ann Lindenı hədəfə alıb.
PKK-çı deputat üç ölkə arasında əldə edilmiş anlaşmanı İsveç üçün "kapitulyasiya aktı” kimi xarakterizə edib:
"Stokholm Ankaraya təslim oldu".
Kaxabave İsveç hökumətinin YPG/SDQ-ni Türkiyəyə qurban verdiyini, bu tarixin onların xatirələrində “qara gün” kimi qalacağını deyib.
“Hökumətin Türkiyəyə təslim olmasını çox narahatedici durum kimi qəbul edirəm”, - deputat vurğulayıb.
Əminə Kaxabave anlaşma memorandumunu imzalayan Ann Lindanı da tənqid edib. O, parlamentdəki digər siyasi partiyalara müraciət edərək Lindanın Xarici Əlaqələr Komitəsinə çağırılmasını istəyib.
“Əks halda, Ann Lindanın xarici işlər naziri kimi vəzifəsini davam etdirməsi etimadsızlıq yarada bilər”, - Kaxabave qeyd edib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































