G7 ölkələri və NATO üzvləri Rusiyanın amansız müharibəsi davam edərkən Ukraynanı əlverişsiz şərtlərlə sülhə razılaşmağa təşviq etməməlidirlər.
Mediainfo.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.
Conson Qərb dövlətlərini ukraynalılara strateji dözümlülük üçün motivasiya verməyə çağırıb.
“G7-dəki və xüsusən də NATO-dakı həmkarlarıma mesajım budur ki, indi danışıqlar aparmaq və ukraynalıları pis sülhü qəbul etməyə təşviq etmək vaxtı deyil, atəşkəs müqabilində onlara ərazilərinin bir hissəsindən imtina etmək təklif olunur”, - baş nazir bildirib.
O, belə bir ssenarinin fəlakət olacağı və bunun Rusiya Prezidenti Vladimir Putinə cəsarət verəcəyi və dünyaya əlavə iqtisadi ziyan vuracağı barədə xəbərdarlıq edib.
“Ukraynalıların Donbasda, Severodonetskdə, sonra isə cənubda dinamikanı dəyişmək üçün köməyə ehtiyaclarının olduğunu etiraf etməyin vaxtı çatıb”, - Conson əlavə edib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































