Avropa İttifaqı Rusiya nefti ilə bağlı strateji qərar verəcək – Macarıstanı pulla yola gətirirlər

Avropa İttifaqı Rusiya nefti ilə bağlı strateji qərar verəcək – Macarıstanı pulla yola gətirirlər

Avropa İttifaqı (Aİ) Rusiya neftinin boru kəməri ilə tədarükünə embarqonun tətbiqini ertələyə bilər.

Mediainfo.az xəbər verir ki, bu barədə "Bloomberg" və "Politico" nəşrləri yazıblar.

Məlumatda bildirlir ki, Avropa Komissiyası Aİ ölkələrinin hökumətlərinə Rusiyaya qarşı yenidən işlənmiş sanksiyalar paketini göndərib. Bu layihə paketində Rusiya neftinin dənizlə daşınmasına qoyulan qadağanın saxlanmasını və neft kəməri ilə nəqlinə embarqonun ertələnməsini təklif edilir.

Nəşrlərin fikrincə, bu, Macarıstana və dənizə çıxışı olmayan bir sıra digər Aİ ölkələrinə Rusiyadan xam neft almağa davam etməyə imkan verəcək.

"Bloomberg"in məlumatına görə, Aİ ölkələrinə 6 ay ərzində dəniz yolu ilə neft idxalından, səkkiz ay ərzində isə neft məhsullarından imtina etmək təklif edilir. Söhbət Aİ-nin bir aydan çox müddətə razılığa gələ bilmədiyi altıncı sanksiyalar paketindən gedir.

Macarıstanın baş naziri Viktor Orban bir müddət əvvəl Aİ-nin Rusiyaya qarşı təklif etdiyi neft embarqosu müzakirəsinin mümkünlüyünü istisna edib.

Orban Avropa Şurasının prezidentinə müraciət edərək ölkəsinə Rusiya neftindən uzaqlaşması əvəzində Aİ-dən maliyyə ayrılması ilə bağlı ətraflı məlumat olmadan sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirib.

“Politico” qeyd edir ki, Rusiyaya qarşı sərt tədbirlərin tərəfdarı olanlar belə bu güzəştlərə getmək olsa da altıncı sanksiyalar paketinin qəbul edilməsini istəyirlər. Rəsmi olaraq yeni düzəliş edilmiş sanksiyalar paketi hələ təqdim edilməyib.

Macarıstan istifadə etdiyi qazın 85, neftin isə 60 faizini Rusiyadan alır. Bundan əvvəl "Politico" yazmışdı ki, Aİ Macarıstana pul təzminatı təklif etməklə onu sanksiyalara səs verməyə inandıra bilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 30-31-də keçiriləcək Aİ sammitində Rusiyaya qarşı neft embarqosu ilə bağlı konsensusun əldə oluna biləcəyini deyib.Azpolitika.info

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az